May 13 2020 18:05
Elshad Aliyev
Views: 177

“Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə Prezidentimiz BMT Baş Assambleyasının koronavirusla (COVİD-19) mübarizəyə həsr olunmuş xüsusi iclasının keçirilməsini təklif edib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu istiqamətdə addımlar atılmaqdadır: “Azərbaycanın bu təşəbbüsü qlobal məsuliyyətin bir formasıdır. İndi multkulturalizmə böyük ehtiyac var. Prezidentin təşəbbüsləri də məhz bu amala, bu məqsədə xidmət edir”.


Create Account



Log In Your Account