Mar 06 2021 11:14
Elshad Aliyev
Views: 63

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə daha üç cüdoçumuz mübarizəyə qoşulub.

AZƏRTAC xəbər verir ki, kişi cüdoçuların yarışında Rüstəm Orucov (73 kq) sloveniyalı Martin Hojakı mübarizədən kənarlaşdırıb. O, növbəti mərhələdə rusiyalı Oleq Bobqoyev ilə qarşılaşacaq.

Ölkəmizi 81 kiloqram çəki dərəcəsində yarışda təmsil edən Murad Fətiyev də yarışa uğurla başlayıb. Fransalı Nikolas Çiları məğlub edən idmançımızı növbəti mərhələdə qırğızıstanlı Vladimir Zaloyev ilə qarşılaşma gözləyir. Həmin çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov isə braziliyalı Gilyerme Şmidtə uduzub.

Qeyd edək ki, martın 5-də start götürmüş yarışda komandamızın aktivində hələ ki medal yoxdur.

Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır.


Create Account



Log In Your Account