Oct 27 2017 11:40
Naile Hesenova
Views: 530

Azərbaycanda beynəlxalq standartlara cavab verən yük daşımaları sahəsində xidmətlərə olan tələbatın artması, dünyada uzun məsafəli blok qatarlarla daşımalarda rəqabətin genişlənməsi nəzərə alınaraq, “Azərbaycan Dəmir Yolları” QSC-də "ADY Konteyner" MMC-nin  yaradılması barədə qərar qəbul edilib.
 
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, “ADY Konteyner” MMC dəmir yolu ilə konteyner daşımalarının həyata keçirilməsi, müxtəlif tipli yüklərin daşınması üçün nəzərdə tutulan konteynerlərin alınması, istifadə  edilməsi və istismarının  təmin edilməsi, konteynerlərlə bağlı bütün növ xidmətlərin həyata keçirilməsi məqsədilə yaradılıb.
 
Azərbaycanda olan bütün konteyner meydançaları və dəmir yolu konteyner daşımaları “ADY Konteyner” MMC tərəfindən idarə olunur. “ADY Konteyner” MMC Xəzər dənizi, Qara dəniz regionu, Avropa, Orta Asiya, Uzaq Şərq və Fars körfəzi ölkələrindən konteyner daşımaları həyata keçirir, beynəlxalq standartlara uyğun logistika xidmətləri göstərir. “ADY Konteyner” MMC  həmçinin,  Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Azərbaycan üzərindən  konteynerlərin daşınması üzrə operatordur.  Bu, 2017-ci ilin sentyabrın 8-də, Ukraynanın Odessa şəhərində baş tutan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi iclasında qəbul edilən sənəddə əksini tapıb. Sənəddə Azərbaycan Dəmir Yolları QSC-nin  törəmə şirkəti olan "ADY Konteyner" MMC-nin Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun üzvləri sırasına daxil edilməsi barədə qərar qəbul edildiyi göstərilir. Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstandan yola çıxan 32 konteynerdən ibarət ilk yük qatarının Azərbaycan üzərindən ekspeditoru da məhz “ADY Konteyner” MMC -dir.

 


Create Account



Log In Your Account